Xəzər Xəbər

Şok kadrlar: sular hələ də yığılıb qalıb - VİDEO

Veb TV | 15:54 • 13 Sentyabr 2018
Şok kadrlar:

2017-ci ildə Puerto-Rikonu vurmuş "Mariya" qasırğası nəticəsində 3 mindən artıq insan həlak olmuşdu. Dünyanın bir çox ölkələri ABŞ protektoratı sayılan bu məkana yardımlar, xilasedicilər yollamışdılar.

ABŞ-ın hakimiyyət dairələri də xilasetmə işlərinin ən yüksək səviyyədə aparıldığını bəyan etmişdilər.

Milli.Az CBS News-a istinadən bildirir ki, sən demə, Vaşinqton ağ yalan danışırmış.

ABŞ-ın Federal Fövqəladə Hallar Agentliyi (Federal Emergency Management Agency, FEMA) rəhbərləri "Puerto-Rikoya aparılmış su son butulkasına qədər insanlara paylanıb" bəyanatını dəfələrlə təkrarlamışdı.

Puerto-Rikodakı La Seyba şəhərinin kənarındakı aerodromda, uçuş-enmə zolağında milyonlarla içməli su butulkası hələ də durur. Bu su qasırğada evləri dağılmış insanlar üçün nəzərdə tutulmuşdu.

Fotoları Puert-Rikonun hüquq-mühafizə strukturu olan "United Forces of Rapid Action"un əməkdaşı, zabit Abdiel Santana çəkib.

BMT ekspertlərinin dediklərinə görə, Puerto-Rikodakı tələfatın böyük olmasının səbəbləri arasında yerli hakimiyyət orqanlarının yarıtmaz fəaliyyəti, insanlara ərzaq və su paylanmasının bərbad səviyyədə olması idi.

ABŞ prezidenti Donald Tramp ölkənin DHS və FEMA strukturlarının işini tərifləmiş, "Puerto-Rikoda hamıya su və ərzaq paylandı" demişdi.

Su necə paylanıb, göz qabağındadır...


Xəbər lenti