İngiltərənin Solsberi şəhərində Dövlət Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində ittiham olunan Aleksandr Petrov və Ruslan Boşirov "RT"yə müsahibə verib. Adı çəkilən şəxslər Solsberi şəhərinə turist kimi getdiklərini söyləyiblər.
"Dostlarımız bizə çoxdan bu gözəl şəhərə səfər etməyi məsləhət görürdülər. Biz əvvəldən Londona gəlməyi və orada ayrılmağı planlaşdırmışdıq. Bu, biznes səfər deyildi. Biz belə planlaşdırmışdıq ki, Londonda da olarıq, həm də Solsberiyə gedərik",-deyə Petrov bildirib.
Qeyd edək ki, Böyük Britaniya hökuməti sentyabrın əvvəlində sabiq-polkovnikin zəhərlənməsi ilə bağlı Aleksandr Petrov və Ruslan Boşirovun adlarını şübhəli şəxs kimi açıqlayıb.FaktXəbər