Xəzər Xəbər

ATƏT-in baş katibi ədalətli mövqe səsləndirməkdən çəkindi VİDEO

Veb TV | 20:56 • 12 Sentyabr 2018
ATƏT-in baş katibi ədalətli mövqe səsləndirməkdən çəkindi

ATƏT-in baş katibi bu gün həm də ADA universitetində olub. prezident İlham Əliyevin qəbulda qaldırdığı məsələlərlə bağlı burada baş katibə suallar yönləndirilib. Amma o, məsuliyyəti tərəflərin üzərinə atmaqla konkret cavab verməkdən yayınıb. Bu isə işğalçı və işğala məruz qalan münaqişə tərəfləri arasında balans yaratmaqla ikili standartlara söykənən bir mövqedir.

ADA Universitətində məruzə ilə çıxış edən ATƏT-in Baş katibi Tomas Qreminger burada da üzşəldiyi əsas suallar yenə Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli yolları ilə bağlı olub. Amma münaqişənin tənzimlənməsindən bir başa məsul olan təşkilatın rəhbərinin mövqeyi nəyinki ədalətli həll prinsiplərinə heç yaranmış son reallığa da uyğun olmayıb. Tomas Qreminger açıqlamsında yenə məsuliyyəti münaqişə tərəflərinin üzərinə qoymaqla vəziyyətdən çıxmağa çalışıb. Baş katib Ermənistanın yeni rəhbərliyinin münaqişəninin sülh yolu ilə həlli imkanlarını sıfıra endirən məsuliyyətsizlik bəyanatlarına reaksiya vermək əvəzinə artıq tapdalogiyaya çevrilmiş açıqlamalar verib.

Bu cavab isə işğalçı ilə işğala məruz qalan arasında balans yaratmaq cəhdidir və ikili standartdan başqa bir şey deyil. Baş katibin Dağlıq Qarabağa münaqişəsi ilə bağlı yeganə yadda qalan açıqlaması isə münaqişə tərəflərinin Xarici İşlər Nazirlərinin növbətini görüşünün vaxtı ilə bağlı olub. Belə ki, görüşün bu ayın son həftəsində Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır.

Dağlıq Qarabağ münaqişəsi məsələsi inin müzakirəsindən və bununla bağlı suallardan mümkün qədərf yayınan Tomas Qreminger Bakıya səfərinin əsas məqsədinin Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaq olduğunu deyib.

Xəbər lenti