Ermənistanın yeni baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi bəyanatlar qəbul edilməzdir. Bu , danışıqlar prosesini pozmağa yönəlib və atət bu məsələlər biganə qalmamalı , müvafiq reaksiya göstərməlidir. Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edərkən belə deyib. Dövlət başçısı Paşinyan hakimiyyətinin demokratiya adı altında insan haqları kütləvi pozduğunu bildirərək ,ATƏT-i bu ölkədə yeni diktatura rejiminin yaranmasına biganə qalmamağa çağırıb. Prezident bu gün həm də NATO parlament assambleyasının sədrini və Çexiyanın sənayə və ticarət nazirini qəbul edib.
Dağlıq Qarabağ münaqişəsin həlli prosesində yaranmış son vəziyyətlə bağlı Azərbaycanın qətiyyətli mövqeyi ən yüksək səviyyədə ATƏT rəhbərliyininin diqqətinə çatdırıldı. Beləki prezident İlham Əliyev ATƏT-in baş katibiTomas Qremingeri qəbul edərkən əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.Prezident İlham Əliyev bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanişğal edilmiş rayonlarının güya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da qətiyyətlə rədd edir və ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək".- deyə prezident İlham Əliyev bildirib.
Dövlət başçısı həmçinin Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı da müraciət edib. Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat və iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Dövlət başçısı həmçininÇex respublikasının sənaye və ticarət naziri xanım Marta Novakovanın başçılıq etdiyi nümayəndə heyətinidə qəbul edib. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlət başçısı ticarət dövriyyəsinin artdığını vurğulayıb. İqtisadi tərəfdaşlığın geniş gündəliyə malik olduğunu, bir sıra çex şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini deyən prezident İlham Əliyev ölkələrimiz arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev daha sonra NATO parlament assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət başçısıAzərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO parlament assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan-NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən prezident İlham Əliyev ölkəmizin qətiyyətli dəstək missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
NATO parlament assambleyasının sədri Paolo Alli isə Azərbaycan prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirib.