Xəzər Xəbər

Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?! VİDEO

Veb TV | 20:58 • 12 Sentyabr 2018
Falçılar bizi aldadır, bəs biz niyə aldanırıq?!

Dəfələrlə xəbərdarlıq edilməsinə və maarifləndirmə işləri aparılmasına baxmayaraq XXI əsrdə hələ də falçılara inananlar var. Son zamanlar xüsusi ilə də qadınlar arasında cadugərlik və fala meyl artıb. Pulunu və vaxtını itirən belə insanlar aldadıldıqlarını biləndə isə gec olur. Falçılıqla məşğul olan insanlara qarşı nəzarət tədbirləri gücləndirilir.

Azərbaycanda son illər falçı və cadugərlərin sayı artıb.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov deyir ki ,komitəyə bununla bağlı müraciətlər daxil olur. Özlərini falçı kimi təqdim edən bəzi insanlar vətəndaşları aldadırlar.

Falçılıq isə bütün dünyəvi dinlərdə birmənalı olaraq qadağan edilir. İslam dininin müqəddəs kitabı olan Qurani -Kəriminayə və surələrindədə falçılıq şeytan əməli kimi qeyd edilir və haram sayılır.

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə ,insanların etibarından istifadə edib onları aldadan şəxslərə qarşı mübarizə daha da sərt formada həyata keçiriləcək.Falçılara qarşı dini qurumlarla iş üzrə dövlət komitəsihüquq-mühafizə orqanları ilə birgə qabaqlayıcı tədbirlər görəcək.

Falçılarla qarşılaşan şəxslər isə aidiyyatı üzrə polis məntəqələrinə və dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilər.

Xəbər lenti