Kürdəmir rayon Atakişili kənd sakininə məxsus su sayğacın fitirindən qurdların çixması haqqında xəbər təqdim etmişdik. Məsələylə bağlı Azərsu-nun səyyar labaratoriyası və bir qrup əməkdaşı sözü gedən kəndə göndərilib. Suyun normaya uyğun olub olmaması yerindəcə araşdırılıb.
Su filtirindən qurd çıxan kəndə Azərsu tərəfindən səyyar laboratoriya göndərilib.
Ötən gün Kürdəmirdə su sygacının filtirindən qurdların çıxması ilə bağlı xəbər yayımlanandan sonra Azərsu ASC-nin səyyar labaratoriyası və bir qrup mütəxəssisi rayonunAtakişili kəndinəezam olunub.Laboratoriya əməkdaşları həmin ünvanda və daha 3 mənzildə sayğaclara və filtirlərə baxış keciriblər. Azərsu ASC-nin sözcüsü Anar Cəbrayıllı bildirib ki,su filtirlərində qurdların olması mümkün deyil.
Ev sahibi Pərvanə Mehdiyeva isə bildirib ki,həmin gün suyu açanda şlanqdan istifadə olunub.Ehtimal edilir ki,həmin qurdlar şlanqın içində də ola bilər.
Səyyar laboratoriya vasitəsi ilə su xəttindən götürülən nümunələr yerindəcə analız olunub.İlkin nəticəyə görə suyun normalar daxilində olduğu müəyyənləşib. Daha dəqiq nəticələr Bakıdakılaboratoriyada aparılacaq analizlərdən sonra bilinəcək.
Qeyd edək ki, Kürdəmir rayonun verilən içməli su Külüllü su mənbəyindən götürülür. Bu mənbədən Kürdəmirlə yanaşı Ucar, Zərdab və Agsu rayonları həmçinin 30-dan çox kənd su ilə təmin olunur. 100 mindən artıq sakin bu sudan istifadə edir.