Xəzər Xəbər

Yol polisi piyadalara qarşı reyd keçirdi - 50 piyada cərimələndi - VİDEO

Veb TV | 20:51 • 12 Sentyabr 2018
Yol polisi piyadalara qarşı reyd keçirdi -

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb, hələ də keçiddən yox, yoldan keçən piyadalar var. Yol polisi yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərimələyir.

Sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçməyə cəhd edir.

Görüntülər paytaxtın Yasamal rayonunda metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər.

Bu qadın isə uşaq arabası ilə yolu keçməyə cəhd edir. Yol polisi dəfələrlə ona yolun hərəkət hissəsinə girməməsini desə də, qadın buna məhəl qoymur. Bir neçə polisin müdaxiləsi ilə qadın geri qaytarıldı. Qaydaları pozaraq yoldan keçən piyadaların çoxu isə rayondan gəldiklərini bəhanə gətirərək məsuliyyətdən yayınmaq istədilər.

Qeyd edək ki, günün birinci yarısına qədər sözügedən ərazidə təxminən 50 piyada barəsindəİnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olundular. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, polis əməkdaşları paytaxtın müxtəlif ərazilərində gün boyu bu cür reydlər keçirilər.

Onu da qeyd edək ki, təhlükəsizliyi təmin etməkdən ötrü yol polisi metronun "20 yanvar" stansiyası ətrafında dayanma və durma qaydasını pozaraq süni sıxlıq yaradan, o cümlədən rayonlara müştəri aparan taksi sürücülərini də ərazidən uzaqlaşdırıb. Bu cür reydlər hələ bir neçə gün davam edəcək.

Xəbər lenti

Çox oxunanlar