Xəzər Xəbər

Fatih Birol: Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq VİDEO

Veb TV | 20:53 • 12 Sentyabr 2018
Fatih Birol: Azərbaycanın təbii qaz istehsalı 3 dəfə artacaq

İlin sonuna qədər dünya bazarında neftin qiyməti yüksək olacaq. Belə bir açıqlamanı ölkəmizdə səfərdə olan Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol verib. Onun sözlərinə görə dünyada gedən proseslər belə deməyə əsas verir. Fatih Birol Azərbaycanın qaz hasilatının 20 il ərzində 3 dəfə artacağını vurğulayıb. O həmçinin TANAP və Cənub Qaz Dəhlizi layihələri haqqında da danışıb

Beynəlxalq Enerji Agentliyi bu ilin sonuna qədər dünya bazarinda neftin qiymətinin artacağını proqnozlaşdırır.Bunu jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan agentliyin rəhbəri Fatih Birol deyib.Onun sözlərinə görə dünyada neftə tələbatın artması, əsas neft hasilatçısı olan Venesuelada neft hasilatının son 2 ildə gündəlik 2,5 milyon barreldən 1,5 milyon barrelə qədər enməsi, eləcə də Yaxın Şərqdəki qeyri-müəyyənliklər bu ilin sonuna qədər əmtəə birjalarında neftin qiymətinin artacağını proqnozlaşdırmağa imkan verir.

Fatih Birol Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirib.Fatih Birol qeyd edib ki, qarşıdakı 20 ildə Azərbaycanın qaz hasilatı hazırki 18 milyard kubmetrdən dəfələrlə çox olacaq.

Fatih Birol Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələri haqqında da danışıb. O xüsusilə TANAP layihəsinin çox uğurlu olacağına əminliyini ifadə edib.

Bu arada Beynəlxalq Enerji Agentliyinin rəsmilərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin əsas məqsədi həm neft-kimya, həm də alternativ enerji sektorunda hökumətlə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.

Xəbər lenti

Çox oxunanlar