Xəzər Xəbər

Gömrükdəki islahatlar - Səfər Mehdiyev hesabat verdi VİDEO

Veb TV | 20:54 • 12 Sentyabr 2018
Gömrükdəki islahatlar - Səfər Mehdiyev hesabat verdi

Azərbaycanda bütün sərhədkeçid məntəqlərində sıxlıqın azaldılması məqsədi ilə yeni layihələrindirmə işi aparırılır və sturuktur dəyişikliyi edilir. Sınıq körpü keçid məntəqəsində yük maşını sıxılığının azaldılması üçün yeni mərkəz bu ay fəaliyyətə başlayacaq. Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə müsahibəsində qurumda çalışanbəzi əməkdaşların rüşvət alması faktına da münasibət bildirib.

Hər ay Azərbaycandakı gömrük keçid məntəqlərindən 1 milyon 500 mindən çox insan keçir.Məntəqələrdə yaşanan sıxlığı azaltmaq üçün yeni layihələr hazırlanır və struktur dəyişikliyi ediləcək. Artıqbununla bağlıdövlət tərəfindən maliyyə vəsaitidə ayrılıb. Bütün bu məlumatlar Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında verilib.

Komitə sədri Səfər Mehdiyev bildirib ki,''Sınıq Körpü'' sərhəd keçid məntəqəsində yük maşınlarınınsıxlığının aradan qaldırılması üçün tikilən Ticarətin Asanlaşdırlması Mərkəzibu ay ərzində istifadəyə veriləcək.

Bununla yanaşı gömrük keçid məntəqlərində 8 ay ərzində 1 tondan çox narkotik vasitədə saxlanılıb ki, bununda əsas hissəsi ölkəyə Cənub istiqamətindən gətirilməyə çalışılıb. Mətbuat konfransında o da bildirildi ki, bu il ərzində korrupsiya halları ilə bağlı komitənin 4 əməkdaşı 5 fakt üzrə cinayət məsuliyyətinə cəlb edilib.İşində yol verdiyikləri nöqsanlara görə 9 nəfər işdən, 4 nəfər tutduğu vəzifədən azad edilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib və bununla ümumilikdə 228 nəfər tənbeh və intizam məsuliyyətinə cəlb edilib.

Komitə tərəfindən büdcə ödənişləri isə 8 ay üçün pronozlaşdırılan məbləğdən 701 milyon manat artıq icra edilib.

Xəbər lenti

Çox oxunanlar