Vergilərin vaxtında ödənilməməsinə görə yaranan faizlər silinəcək. Milli Məclisin iclasında bununla bağlı qanun layihəsi təsdiqlənib. Layihədə gecikmiş borclara görə bir sıra güzəştlər də nəzərdə tutulub. Payız sessiyasının sonuncu plenar iclasında vergi, reklamla bağlı qanunlar da daxil olmaqla ümumilikdə 24 məsələyə baxılıb.
Vergilərinin vaxtında ödənilməməsinə görə yaranan faizlər silinəcək. Milli Məclisdə qəbul edilən və yanvarın 1 dən qüvvəyə minəcək qanun layihəsinə əsasən borcaların silinməsi 3 qaydaya həyata keçiriləcək. Yanvar ayında borclu tərəfindən maliyyə sanksiyalarının 30%-i ödənildikdə borcun qalan 70% -i, yanvar fevral ayında sanksiyanın 50%-i ödənildikdə digər 50%-i, borcun yanvar-mart ayları ərzində 70%-i ödənildikdə isə ödənilməmiş 30%-i silinəcək. Qanunun tətbiqi ilə 386,4 milyon manat borcun silinməsi gözlənilir
Bu ilin sonuncu plenar iclasında məktəbli dəftər və kitablarının üzərindəki reklamı, o cümlədən məktəb yaxınlıqında mərc oyunlarının keçirilməsini qadağan edən qanun layihəsidə qəbul edilib.
Milli Məclisin spikeri tərəfindən məsələnin nəzarətən götürülməsi üçün tapşırıq verilib və bu halın yol verilməz olduqu vurğulanıb. Plenar iclasda məktəbli dəfərlərinin üzərində xarici cizgi film qəhrəmanlarının əks olunmasıda tənqid olunub.
Sonda Milli Məclisin spikeri Oqtay Əsədov payız sessiyasında Milli Məclisin məhsuldar fəaliyyət göstərdiyini bildirib, millət vəkilləri adından Azərbaycan xalqını və prezident İlham Əliyevi yeni il və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edib.