Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub.
"RİA Novosti”yə istinadən xəbər verir ki, müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu bu ölkənin rəsmi nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparmaq istəyib.
O, Tacikistanın İslami İntibah partiyasının keçmiş üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyərkən, rəsmi nümayəndə heyətinin üzvü onu sifətindən yumruqla, sonra ayaqla vurub.
Hotel əməkdaşları davanın qarşısını alıblar.