Göygöl rayonu ərazisində yerləşən meşə zolaqlarındakı istirahət güşələri tullantılarla çirkləndirilib. Sakinlər yaranmış vəziyyətə görə restoran və kafeləri günahkar hesab edir. İaşə xidməti obyektlərini sahibləri isə deyir ki, natəmizliyin yaranmasına səbəbkar istirahətə gələn şəxslərdir.
Müxtəlif qida məhsullarının qalıqları, plastik və şüşə su qabları, sellofan torbalar və sair tullantılar.
Görüntülər Göygöl rayon Aşıqlı kəndundə, meşəlik ərazisindədir. İstirahət guşələri və iaşə xidməti obyektlərində bu mənzərələrə tez-tez rast gəlinir. Yaranmış vəziyyət həm yaxınlıqda yaşayanları, həm də əraziyə istirahətə gələnləri narahat edir.
Sakinlər yaranmış vəziyyətə görə restoran və kafeləri günahkar hesab edir. İaşə xidməti obyektlərini sahibləri isə deyir ki, natəmizliyin yaranmasına səbəbkar istirahətə gələn şəxslərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Gəncə Ərazi Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Ərazının çirkləndirilməsi təsdiqini tapıb və iaşə obyektlərinin sahiblərinə təmizlədərək onlara xəbərdarlıq edilib.
Mütəmadı olaraq belə obyekt ərazilərində reydlər keçiriləcək.