Xəzər Xəbər

Rusiyada çiçək xəstəliyi yayılıb - Baytarlıq Xidməti hərəkətə keçib VİDEO

Veb TV | 20:53 • 11 Sentyabr 2018
Rusiyada çiçək xəstəliyi yayılıb - Baytarlıq Xidməti hərəkətə keçib

Rusiyanın bəzi bölgələrində heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınıb. Bu səbəbdən də həmin ölkə ilə qonşu olan rayonlarımızda dezinfeksiya işlərinə başlanılıb. Quba, Qusar və Xaçmaza 15 min doza vaksin də göndərilib.

Rusiya ilə qonşu olan rayonlarda dezinfeksiya işlərinə başlanılıb...

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Rusiyanın bəzi vilayətlərində iri və xırdabuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınıb.

Dövlət Baytarlıq Xidmətinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri şöbəsinin müdiri Ramiz Salmanovun sözlərinə görə, xəstəliklərin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə vaksinlər göndərilib.Vaksinlər artıq Quba,Qusar və Xaçmaz rayonlarına çatdırılıb.

Ramiz Salmanov qeyd edib ki, bu tədbirlər müxtəlif səbəblərdən peyvənd edilməmiş xırdabuynuzlu heyvanlarda immunitet yaratmaq və başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq məqsədi ilə aparılır. Peyvəndləmə və dezinfeksiya tədbirlərinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti