Xəzər Xəbər

Sumqayıtda “Kaspi” uşaq bağçası açıldı VİDEO

Veb TV | 20:50 • 11 Sentyabr 2018
Sumqayıtda “Kaspi” uşaq bağçası açıldı

"Kaspi" Sumqayıtda yeni uşaq bağçasını istifadəyə verib. Açılış mərasimində çox sayda qonaq iştirak edib.

Tədris və əyləncə yerləri ... Uşaqların məşğuliyyətlərini təmin etmək üçün hər cür şərait yaradılıb.

Görüntülər Sumqayıtda yeni istifadəyə verilən Kaspi uşaq bağçasındandır.. 6-cı mikrorayonda fəaliyyətə başlayan uşaq bağçasının açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək, Bağçanın kollektivinə uğurlar arzulayıb.

Qonaqlara məlumat verilib ki, "Kaspi" Uşaq Bağçası 3-6 yaşlı uşaqlar üçün Azərbaycan və rus dillərində 2 bölmə üzrə fəaliyyət göstərəcək.

Kaspi bağçasında uşaqlar gündə 4 dəfə qidalanırlar. Bundan başqa, həkim nəzarəti ilə əhatə olunurlar. Valideynlər istəklərinə uyğun olaraq həm tam gün, həm də yarım gün rejimindən yararlana bilərlər.

Yeni istifadəyə verilmiş Uşaq Bağçasında uşaqlara gündəlikazərbaycan və rus dillərindən başqa, ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək və fiziki tərbiyə də tədris olunur. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat, su hovuzu və mental aritmetik məşğələləri də təşkil edilir.

Xəbər lenti