''Bilik günü'' nə sayılı günlər qalıb. Bu səbəbdən yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq. Yol polisi sürücürələ xəbərdarlıq edir ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar. Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq. Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişi ilə bağlı da yeni xəbər var.
Məktəblərin ətrafında avtomobilini düzgün park etməyənlər cərimələnəcək.
Digər nəqliyyat vastələrinəvə piyadalara mane olan maşınlar isə evakuatorla cərimə meydançasına aparılacaq.
Bu barədə ''Xəzər Xəbər''ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Bölmə rəisi bildirib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq. Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa onlar da ərazidən yol polisi tərəfindən təxliyə olunacaq.
Vaqif Əsədov xüsusənməktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır. Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.
Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək. Bu barədə ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev deyib. Onun sözlərinə görə, rayon qeydiyyatı alvtomobillərin şəhərə girməsinə hələ ki heç bir qadağa yoxdur.