Beyləqan rayonunda itkin düşmüş kişinin görüşdüyü qadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.
48 yaşlı İldırım Fərhadovbu ilin iyul ayında itkin düşüb.
Onun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə öldürüldüyü üzə çıxıb. İldırım FərhadovunBeyləqan rayon sakini, 38 yaşlıŞahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub. Əzizə Sadıqova və ŞahsuvarƏsədov saxlanılıblar.
Meyit eksqumasiya edilib. Fakt üzrə araşdırmalar davam etdirilir.