Ağstafada evə bitişik yardımçı tikilidə yanğınolub. Hadisə zamanıtikilidə olan şəxs ayağından yanıq xəsarətləri alıb.Mingəçevirdə isə beşmərtəbəli yataqxanada yanğın olub.3 nəfər tüstüdən zəhərlənib.
Sərxoş adam yaşadığı tikilini yandırıb, özü də ayağından yanıq xəsarəti alıb.
Hadisə Ağstafanın Qırılı kəndində qeydə alınıb. Kənd sakini Əşrəf Məhərrəmova məxsus evin ümumi sahəsi 40 kvadrad metrolan köməkçi tikilisinin yanar konstruksiyaları 30 kvadrad metrsahədə yanıb. Əraziyə cəlb olunan Ağstafa Rayon Yanğından Müfahizə Hissəsinin əməkdaşları tikilinin qalan hissəsini yanğından mühafizə ediblər.
Hadisə zamanı həmin tikilidə yaşayan kimsəsiz Sabir İsmayılovayağından yanıq xəsarəti alıb. Ona ilkin tibbi yardım göstərilib. Məlum olub ki, tikilini də məhz onun özü yandırıb. Sərxoş vəziyyətdə əlindən düşən siqaret tikilininalışmasına səbəb olub.Hadisə zamanı 50-dən çox toyuq-cücə də tələf olub.
Mingəçevirdə isə beşmərtəbəli yataqxana binasında yanğın olub. Hadisə binanın 1-ci mərtəbəsində Lümunə Səmədovanın mənzilində baş verib. Alov tez bir zamanda ətrafa yayıldığından hadisə yerinə yanğın söndürənlər çağrılıb. Alovsöndürülüb. Yanğın zamanı ümumi sahəsi 14 kvadrad metr olan 1 otaqlı mənzildə ev əşyaları yanaraq yarasız hala düşüb. Alov baş verən zaman 3 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslərə hadisə yerində tibbi yardım göstərlib. Yanğının baş vermə səbəbləri araşdırılır.