Hadisə Xəzər dənizinin Sumqayıt sahilinə düşən hissəsində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Məmmədhəsənov Emil Qabil oğlu dənizdə çimərkən boğulub. Yeniyetmənin təhlükəsizlik qaydalarına düzgün əməl etmədiyinə görə batdığı bildirilir.
On biryaşlı Emil Məmmədhəsənovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.