Bu il noyabrın 7 - də prezidentin sərəncamı ilə təltif olunan media işçilərinə fəxri adlar, orden və medallar bu gün təqdim edilib. Mərasimdə Azərbaycanda mətbuatın keçdiyi böyük inkişaf yolundan danışılıb.
Azərbaycanda fəaliyyət göstərən televiziyaların hər biri dünyanın müxtəlif bölgələrində illərdir fəaliyyət göstərən ən qabaqcıl televiziya nümunələri ilə rəqabət aparmaq qabiliyyətindədir.Bunu Azərbaycan Radiosunun 90, Televiziyasının 60 illik yubileyi münasibətilə Yüksək dövlət təltiflərinə layiq görülən televiziya və radio işçiləri mükafatlandırma mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Prezidentin köməkçisi Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mətbuatın, o cümlədən teleradionun inkişafına göstəridyi yüksək diqqət və qayğıdan da danışıb.
Azərbaycanda radionun 1926-cı, televiziyanın isə 1956-cı ildə fəaliyyətə başladığını xatırladan prezidentin köməkçici bildirib ki, bu,azərbaycanın SSRİ məkanında ən çox inkişaf edən respublikalardan biri olduğunu göstərir.
Sonda bir qrup televiziya və radio işçisinə fəxri adlar, orden və medallar, "Azərbaycan respublikası prezidentinin fəxri diplomu" təqdim edilib.Təltif edilənlər arasında Xəzər televiziyasının əməkdaşlarıda var.