Xəzər Xəbər

VİDEO: Naxçıvandan Məşədə qatar işə düşdü

Veb TV | 09:04 • 31 Dekabr 2016
VİDEO: Naxçıvandan Məşədə qatar işə düşdü

Yeni dəmiryolu işə düşdü. Artıq Naxçıvandan bir başa Məşhədə qatarla getmək mümkündür. Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bundan başqa bir sıra yeniliklərdən də danışıb.

Naxçıvan-Məşhəd sərnişin qatarı artıq fəaliyyətə başlayıb. Naxçıvan-Təbriz-Tehran-Məşhəd marşurtu üzrə sərnişin qatarı həftədə 2 dəfə hərəkət edəcək.

Bilet satışı Naxçıvan və Culfa dəmiryol stansiyalarında həyata keçirilir.

Naxçıvandan yola düşən sərnişin qatarı 1858 kilometr məsafə qət etdikdən sonra Məşhəd şəhərinə çatır.

Dəmir yolları QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Bakıdan bir başa Naxçıvana dəmir yolunun açılması da nəzərdə tutulur.

Bu gün həmçinin Cavid Qurbanov ev növbəsinə durmuş 26 nəfər dəmiryolçulara mənzillərinin açarları təqdim olunub.

Qeyd edək ki, 2 il ərzində 126 nəfər belə mənzillərlə təmin olunub.

Xəbər lenti

Çox oxunanlar