Ucar rayonunun Qəzyan kəndində son günlər naməlum yanğınlar olur. Kənddə 6 evin həyətinin ətrafında olan ağaclar və kol-kos yandırılıb. Bu hal əkin sahələrinin də ətrafında baş verib. Sakinlər baş verənlərdən narahat olublar. Yanğınların kim tərəfindən törədilməsi hələki məlum deyil. Hadisələrlə bağlı polisə məlumat verilib.
Vətəndaşlara məxsus əkin sahələrinin kənarındakı kol-koslar və ya ağaclar qəsdən yandırılır. Hadisə Ucar rayonunda baş verib. Rayonun Qəzyan sakinlərinə məxsus həyətlərin ətrafında ağaclar və kolları naməlum şəraitdə yandırılıb. Sakinlərdə baş verən hadisəni kimin tərəfindən törədilməsini bilmirlər.
Sakinərin sözlərinə görə, əsasəndə yanğın hadisələri gecə saatlarında baş verir. Yanğın gecə saatlarında olduğundan hadisədən gec xəbər tuturlar. Bəzilərinin həyətyanı sahələrində isə gündüzlər yangınlar törədilib.Maraqlı məqam odur ki yanğın baş verən ərazidə yanğının baş verməsinə ehtimal olunan nə elektirik naqilləri nə də ki, başqa səbəb yoxdur.
Artıq bu hadisələrdən kənd sakinləri təşvişə düşüblər.Onlar evlərin yandırılmasından qorxurlar.Naməlum şəraitdə baş verən yağın hadisəsi 6 sakinə məxsus olan həyatyanı sahədə baş verib. Faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət edilib, araşdırma aparılır.