Sabahdan ölkədə məhərrəm ayı başlayır. Bu ayla əlaqədar monitorinqlərə start verilir. Monitorinqlər zamanı dini mərasimlərin qaydalara uyğun şəkildə keçirilməsinə nəzarət ediləcək.monitorinqlər sosial şəbəkələrdə də aparılacaq.
Məhərrəm ayı ilə əlaqədar monitorinqlərə başlanılır.
Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək. Monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, rast gəlinən neqativ hallardan biri də məktəblilərin dərsdən yayındırılaraq aşura və başqa dini mərasimlərə cəlb edilməsidir.Sədr müavini qeyd edib ki, şagirdi təhsildən yayındıraraq başqa mərasimlərə cəlb etmək düz deyil.
Səyavuş Heydərov deyib ki, aşura mərasimlərində bədənə xəsarət yetirmək əvəzinə qan vermək daha məqsədəuyğundur.
Monitorinqlər sosial şəbəkələrdə də aparılacaq.