Xəzər Xəbər

Rəsmi Bakıdan Paşinyanın Qarabağ bəyanatına sərt CAVAB VİDEO

Veb TV | 20:56 • 10 Sentyabr 2018
Rəsmi Bakıdan Paşinyanın Qarabağ bəyanatına sərt CAVAB

Ermənistanın baş naziri Nikol Paşinyan yenə cəfəngiyyat dolu açıqlamalar verib. O , "Komersant" qəzetinə müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan güzəştə hazırdırsa, o zaman Ermənistan da hazırdır. Paşinyanın bu açıqlamasına Rəsmi Bakıdansərt reaksiya gəlib. Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəriHikmət Hacıyev vurğulayıb ki, torpaqların işğalına rəğmən Azərbaycanın səbrlə danışıqlar prosesinə getməsi ən böyük güzəştdir.

''Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq". Bu sözləri "Kommersant" qəzetinə müsahibəsində Ermənistanin baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, məsələni kompromislər olmadan həll etmək mümkün deyil. Problem ondadır ki, Azərbaycan hər gün müharibəyə başlayacaği ilə hədələyir. ''Əgər biz təhdid atmosferində güzəştlərdən danışsaq, kimsə bunu zəiflik kimi qəbul edə bilər",-deyə Paşinyan vurğulayıb.

Paşinyanın açıqlamalarına Azarbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev münasibət bildirib. Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan daha çox güzəştə gedir

Hikmət Hacıyevin sözlərinə görə, Nikol Paşinyanın belə açıqlamalar verməsi siyasi təxribatdır və bu, onların nazirlər səviyyəsində keçiriləcək növbəti danışıqlar ərəfəsində etdikləri çirkin bir manevrdir.

Hikmət Hacıyev qeyd edib ki, Paşinyanın belə cəfəng açıqlamaları həm də ölkədaxili siyasət üçün hesablanıb.

Hikmət Hacıyev vurğulayıb ki, vəziyyətin gərginləşməsinə xidmət edən bu açıqlamaya görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Xəbər lenti