Balakən rayonunda güclü yağış bir sıra fəsadlar törədib. 20-yə yaxınevin zirzəmisinə və həyətyanı sahəsinə yağış suyu dolub. Rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Zirzəmilərə dolan suların boşaldılması üçün rayon dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
Güclü yağışdan sonra yaranan sel həyətlərə, evlərin zirzəmilərinə dolub.
Hadisə dünən gecə saatlarında Balakənin rayon mərkəzində, Tülü və Talalar kəndi ərazilərindəqeydə alınıb.Rayon ərazisinə yagangüclü yağış və dolu nəticəsində 20-yə yaxın fərdi yaşayış evinin zirzəmisinə və həyatyanı sahəsinə su dolub.Bundan başqa, əraziyə yağan dolu nəticəsində əkin sahələrinə və meyvə bağlarına ziyan dəyib.
Gündüz saatlarında isə rayonda elektrik, su və qazın verilişində yarananproblem aradan qaldırılıb. Fərdi yaşayış evlərinin zirzəmisinə dolan yağış suyunun təmizlənməsi üçünisə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.