Bu il Bakı məktəblərində birinci sinfə qəbul üzrə sıxlıq müşahidə edilir. Bakı şəhəri Üzrə Təhsil İdarəsi sıxlığın aradan qaldırılması üçün bəzi məktəblərdə 2 növbəli tədris sisteminə keçir. Problemlə bağlıidarə tərəfindən atılan digəraddımlarnövbəti xəbərimizdə.
Ötən il Bakı şəhəri üzrə ümumtəhsil məktəblərininin birinci sinfinə 44 mindən çox şagird qəbul olmuşdusa, bu ilə bu rəqəmin 4 mindən çox artacağı gözlənilir. Bu isə məktəblərdə ötən ildə müşahidə edilən sıxlığın artımına səbəb olacaq.
Bakı Şəhəri üzrə təhsil idarəsindən verilən məlumata görə, 1-ci sinfə qəbul üçün 47 min şagird elektron qeydiyyatdan keçib ki, bu da ümumi şagirdlərin 98 %-ni təşkil edir. Paytaxtın bəzi hissələrində isə sıxlıq daha çoxdur.
Bundan başqa, suni sıxlığın qarşısına almaq məqsədilə təhsil idarəsi tərəfindən paytaxtın 15 % məktəbindəmikro ərazi prinsipi tətbiq edilib. Bu üsul məktəbin yaxınlığında daimi qeydiyyatda olan şagirdlərə üstünlük hüququ verir.
Bəzi məktəblərdə müşahidə olunan sıxlığın aradan qaldırılması üçün ikinövbəli tədris sisteminə üstünlük veriləcək.
Bu il Bakıda 263 ümumtəhsil müəssəsində 940 məktəbəhazılıq qrupu fəaliyyət göstərmasi nəzərdə tutulub. Bu da 5 yaşlı uşaqların 75 % -nin məktəbəhazırlığa cəlb edilməsi deməkdir.