Xəzər Xəbər

Azərbaycanda 70 yaşlı kişinin faciəvi sonu VİDEO

Veb TV | 20:34 • 10 Sentyabr 2018
Azərbaycanda 70 yaşlı kişinin faciəvi sonu

Lerik rayonunda 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

Hadisə bu gün günorta saatlarında rayonun Mastail kəndində baş verib.

Yaxınlarının dediyinə görə, Xudayar Ağaxan oğlu İbrahimov həyətində qoz dərmək üçün ağaca çıxıb və ehtiyatsızlıqdan yüksəklikdən yerə yıxılıb. Yaxınlarının ilkin yardımından sonra X.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Diaqnostik müayinələrdən sonra ona döş qəfəsinin qapalı travması, aşağı ətraflarda sınıqlar diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, 70 yaşlı X.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti