Uzun müddətdir təmirə dayanan Babək Prospektində heç bir yol nişanının olmaması sürücüləri çətin vəziyyətdə qoyub. Xüsusilə də döngələrdə bu, ciddi problem, hətta qəza riski yaradır.
Təmir olunan yolda heç bir nişanın qoyulmaması sürücüləri çətin vəziyyətə salıb.
Söhbət paytaxtda uzun müddətdir təmir olunan Babək prospektindən gedir. Problem xüsusilə də yolun dönmək üçün nəzərdə tutulan hissələrində daha qabarıq hiss olunur.
Sürücülər deyirlər ki, nişanın olmaması yolda hərəkəti iflic edir. Bu problem xüsusilə də günün pik saatlarında yolun bu hissələrində uzun tıxaclara səbəb olur.
Nişan olmadığından qarşılıqlı hərəkət düzgün nizamlanmır. Nəticədə isə yaranan mənzərə tez-tez qəzaların baş verməsinə səbəb olur.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirdilər ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər və problemin həlli üçün dönmə yerinə müvəqqəti nişanlar qoyulacaq.