Xəzər Xəbər

Neftçalada qarət etdikləri evləri yandıran dəstə ələ keçdi VİDEO

Veb TV | 20:18 • 10 Sentyabr 2018
Neftçalada qarət etdikləri evləri yandıran dəstə ələ keçdi

Neftçalada mənzilləri qarət edən şəxslər ifşa edilib. Həmin şəxslər 6 evdən oğurluq edib. Onlar pul və qızıl götürdükdən sonra izi itirmək məqsədi ilə evləri yandırıblar.

Əvvəlcə qarət ediblər, sonra isə evi yandırıblar.

Hadisə Neftçala rayonunda baş verib. Rayon sakini Rəşad Səlimov polis şöbəsinəmüraciət edərək yaşadığı evdən 100 manat və 4 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.

Saxlanılan şəxslərdən Ramin Rütəmov deyir ki, adı çəkilən şəxslərlə əlbir olub rayon ərazisində 6 evdən oğurluq ediblər.

Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə Eldar Tağıyev tərəfindən satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti

Çox oxunanlar