Somalinin paytaxtı Moqadişuda Administrativ binaya terror hücumu nəticəsində azı 6 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb. Hücum partlayıcı quraşdırılmış avtomobil vasitəsilə həyata keçirilib.
Bildirilir ki, binaya da böyük zərər dəyib. Qurbanların və zərərçəkənlərin əksəriyyəti dövlət qulluqçusu olublar.
Qeyd edək ki, Hodan administrasiya binasına edilən hücum ay başlayandan bəri ikinci hadisədir.
Terrorda məsuliyyəti Əş-Şəbab öz üzərinə götürüb./faktxəbər