Xəzər Xəbər

VİDEO: 23 ildir ki, sənədsiz yaşayır

Veb TV | 09:40 • 31 Dekabr 2016
VİDEO: 23 ildir ki, sənədsiz yaşayır

23 ildi ki, heçbir sənədi yoxdur. Elə buna görə də hər hansısa bir yerdə işləyə bilmir. Sənədinin olmaması özü ilə birlikdə uşaqlarına da ciddi problem yaradıb.

İmamverdiya Zeynəb və iki uşağının nə sənədi var, nə də ki hardasa qeydiyyatı. Faktiki olaraq sənəd üzrə havada olan bu ailə sənəd tələb edilən xidmətlərdən və işlərdən yararlana bilmir.

Zeynəb İmamverdiyevanın şəxsiyyət vəsiqəsi olmadığından ailə qurarkən nikah şəhadətnaməsi də olmayıb. Elə buna görə də uşaqları doğularkən onları öz adına qeydiyyata sala bilməyib.

Zeynəbi indi heçyerdə işə götürmürlər. Övladlarını isə nə hansısa bir polikilinikada müayinə etdirə bilir, nə də ki hansısa baxçaya qoya bilir.

Sənəd almaq üçün müraciət etsə də ona sənədin valideynləri ilə birgə gəlməsə verilə bilməyəcəyini deyiblər.

Hüquqşunas Xəyal Bəşirli isə belə bir vəziyyətdə vətəndaşın sənədinin itməsi ilə bağlı hər hansısa mətbuat orqanında elanını aidiyyatı qurumlara təqdim etməklə əldə edə biləcəyini deyir. Ümumiyyətlə heçbir sənədi olmayan ailə bu məsələni qanuna müvafiq olaraq məhkəmə yolu ilə həll edə bilər.

Hüquqşunas umumilikdə bütün sənədlərin aidiyyatı üzrə arxivlərdə saxlandığını və ora müraciət edərək pulsuz olaraq sənədi bərpa etməyin mümkün olacağını bildirib.

23 il sonra sənədsiz qalan iki uşaq anasının başına gələnlər isə sırf onun laqeydliyi ucbatından baş verib. Özü də etiraf edir ki, ona heçvaxt sənəd lazım olmayacağını düşünüb. Övladları dünyaya gəldikdən sonra isə qarşılaşdığı problemlər onu indiki çətin vəziyyətə salıb.

Xəbər lenti

Çox oxunanlar