9 il öncə 4 ölkənin birlikdə təsis etdiyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasında bu il əlavə 2 ölkənin də iştirakı bu qurumun təsis olunmasının əhəmiyyətini bir daha ortaya qoydu. Bu yolla türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin güclənməsi zamanın tələbinə çevrilib.
2009-cu ildə Naxçıvan şəhərində əsası qoyulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının cəmi 4 üzvü-Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan vardı. Ancaq sentyabrın 3-də Qırğızıstanda keçirilən zirvə toplantısında artıq 6 dövlət-öncəki siyahıya əlavə olaraq Özbəkistan və Macarıstan da müşahidəçi qismində iştirak edirdi. Məhz bu amil türk soyundan gələn ölkələri bir yerdə cəmləyən böyük bir gücün getdikcə genişləndiyinin barız bir nümunəsi oldu.
Əvvəllər bu əlaqələr o qədər də güclü olmadığından Ermənistan bəzi türkdilli ölkələrlə əməkdaşlığı genişləndirməyə səy göstərirdi.Qarabağ və qondarma soqırım məsələlərində bu ölkələrdən mədət umurdu.
Lakin zaman keçdikcə Türkdilli ölkələr arasında əlaqələr Bakının və Ankaranın təşəbbüsü ilə daha da möhkəmləndi.Bir çox məsələlərdə ortaq razılığa gəlindi.
Prezident İlham Əliyev də Qırğızıstanda keçirilən toplantıda türkdilli ölkələrin bir araya gələrək siyasi cəhətdən bir-birini bütün beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləməsinin çox vacib amil olduğuna diqqət çəkdi. Burda əsas önəmli məsələ isə ölkələrin problemləirnin həllinə birlik dövlətlərinin dəstəyidir..
Siyasi əlaqələrdən başqa Türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr da mövcuddur. Prezident İlham Əliyev Türkiyəyə Azərbaycan tərəfindən 14 milyard dollara yaxın sərmayənin qoyulmasını da elə məhz iki qardaş ölkənin birliyindən qaynaqlandığını vurğulamışdı. Ancaq indi bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcədə digər Türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkanlar var. Bundan başqa birlik ölkələri arasında investisya yatırımı və onlayn ticarətin genişlənməsi də önəmli imkanlardan hesab olunur.
Bir sözlə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan Türk Şurası ötən müddətdə sürətlə inkişaf edərək güclü quruma çevrilib.Qalır siyasi sahədəki əməkdaşlığı iqtisadi sferadada da davam etdirmək.Azərbaycanın təşəbbüsü ilə enerji,nəqliyyat sahəsindəki yeni koridorların açılması ilə bu ölkələr ərasında ticarət dövriyyəsinin daha da böyüyəcəyi bildirlir.