İraqın cənubunda etirazlar nəticəsində 2 insan həlak olub, 45 nəfər yaralanıb.
Nümayişçilər hakimiyyətdən elektrikin və içməli suyun verilməsindəki problemlərə son qoymağı tələb edirlər.
Basra şəhərində etirazlar hələ iyul ayında başlamışdı və ölkənin digər əyalətlərinə keçmişdi. O zaman hökumət problemlərin həllinə 17 milyon dollar ayırmağa və təxminən 10 min iş yeri yaratmağa söz vermişdi. Görünür, həll olunmayan "içməli su problemi xəmiri" hələ çox su aparacaq./milli.az