UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.
A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi səfərdə İsveçrənin qonağı olub. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsiylə yekunlaşıb.
İslandiya millisinin qapısını "Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.
34 yaşlı qapıçı 6 qolun qapıdan keçməsinə mane ola bilməyib.
İsveçrə 6 - 0 İslandiya
Qollar: Stiven Suber, 13, Denis Zakaria, 23, Xerdan Şakiri, 53, Haris Seferoviç, 67, Albian Ayet, 71, Admir Mehmedi, 82