“Xəzər Xəbər” əməkdaşları bayram bazarındakı məhsulların qiymətləri ilə maraqlanıb. İzləyək görək vəziyyət necədi?
Yeni ilə bayramına bir gün qaldı. Elə buna görə də, bazarlar insanlarla dolub-daşıb.
Alıcıların həddən artıq çoxluğu isə ən çox satıcıların üzünü güldürüb
Qiymətlərə gəldikdə isə, alıcılarla satıcılar arasında fikir ayrılığı var.
Satıcılar isə qiymət artımının nəzərəçarpacaq dərəcədə olmadığını deyirlər.
Bazarlarda əsas qiymət artımı xaricdən gətirilən məhsullarda müşahidə olunur.