Dayanacaq olmayan yerdə saxlayıb sərnişin götürürlər, dayanacaq olan yerdə isə saxlamırlar. Bir başqa maraqlı fakt. Dayanacaq var amma həmin yerdən keçən marşrut xətti ümumiyyətlə yoxdur.
Yolda dayanacaq olsada, ərazidə heç bir marşrut xətti fəaliyyət göstərmir.
Buradan isə 2 marşurt avtobusu keçməsinə baxmayaraq dayancaqda saxlayıb sərnişin götürmürlər.
Paytaxtın Xətai rayonu Afiyyədin Cəlilov küçəsində bir-birinə yaxın olan 2 dayanacaq quraşdırılmasına baxmayaraq ərazidə marşurt xətti yoxdur.Sərnişinlərin sözlərinə görə,bu problem bir neçə aydır ki yaşanır.Əvvələr ərazidə 14 saylı marşurt xətti fəaliyyət göstərsədə sonradan bu xətt dəyişdirilib.
Bu dayanacaq olan ərazidən isə 32 və 46 saylı marşurt avtobusları keçir.Ancaq sərnişinlər dayancaqda durub avtobusa minmək isətəslərdə bu mümkün olmur.Çünki,avtobuslar yolun sol zolağı ilə hərəkət edib sola ,yəni nobel prospekti istiqamətinə gedirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.Bildirildi ki,əraziyə baxış keçiriləcək və mövcud problem aradan qaldırılacaq.