Xəzər Xəbər

Bazarlara təzə qoz çıxarılıb - qiymət ötən mövsümlərlə müqayisədə xeyli yüksəkdir - VİDEO

Veb TV | 20:18 • 6 Sentyabr 2018
Bazarlara təzə qoz çıxarılıb -

Bazarlara təzə qoz çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, çeşidləri qədər qiymətləri də fərqlidir.

Çəkiliş zamanı alıcılardan biri deyib ki, kimə necə sərf edir, elə də satır. Amma bu bir həqiqətdir ki, yaxşı deyib alınan qozun qiyməti də xeyli yüksəkdir.

Doğrudur, nisbətən aşağı qiymətə də məhsul var. Amma hər halda ötən mövsümlərlə müqayisədə qozun qiyməti xeyli qalxıb.

Satıcıların sözlərinə görə, qozun qiymətindəki fərqin əsas səbəbi hansı bölgədə yetişdirilməsidir. Bu, birbaşa məhsulun keyfiyyətinə də təsir edir. Qiymət fərqi qozun növündən də asılıdır.

Satıcılar təsdiqləyir ki, ötən illərlə müqayisədə alıcılıq qabilyyəti xeyli aşağıdır. Bunun başlıca səbəbi isə qiymətlərin yüksək olmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar