Xəzər Xəbər

Qusarda sevgililər qəbiristanlığı - REPORTAJ - VİDEO

Veb TV | 20:26 • 6 Sentyabr 2018
Qusarda sevgililər qəbiristanlığı -

Qusar rayonu qədim yaşayış məskənlərindəndir. Rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıq da buna misal ola bilər. Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Yastı formada olan qadın, papaq şəklində olan isə kişi qəbri olmasını nişanə verir. El arasında buraya "sevgililər qəbiristanlığı" da deyilir.

Xezerxeber.az-ın məlumatına görə, qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.

Həzrə kənd sakinlərinin sözlərinə görə, kənddə bir neçə qədim qəbiristanlıq var. Onlardan el arasında "sevgililər qəbiristanlığı" kimi bilinən bu məzarlıq diqqət çəkir. Məzarlıq haqqında deyilən ən maraqlı məlumat odur ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər.

Qadın və kişi yan-yana basdırılıb, onların yanında demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı uzaq əsrlərə qədər gedib çıxır.

Buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti