Xəzər Xəbər

Zaqatalada ana doğuşdan sonra ölüb - VİDEO

Veb TV | 20:20 • 6 Sentyabr 2018
Zaqatalada ana doğuşdan sonra ölüb -

Zaqatalada ana doğuşdan qısa müddət sonra ölüb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Uzunqazmalar kənd sakini, 24 yaşlı Sevgiyə Karatova sentyabr ayının 5-i səhər saatlarında Zaqatala rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirib. Körpənin vəziyyəti normaldır. Axşam saatlarında vəziyyəti ağırlaşan ananın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, mərhuməyə tromb-embaliya diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Qeyd edək ki, Sevgiyə Karatovanın yaşyarımlıq oğlu da var.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti