Kiprdəki sirli cinayətin üstü açılıb.
Arvadını öldürən ər "az cəza alar" deyə, oğlunu da cinayət əməlinə bulaşdırıb.
DNT testindən sonra həqiqət ortaya çıxıb. Ərin arvadını öldürdükdən sonra qadının üzünə və ağzına kimyəvi məhlul tökdüyü məlum olub.
Qatil Levent Sorverin öncə polisə zəng edərək oğurluq təəssüratı yaratmağa çalışdığı, sonra da cinayəti "az cəza alar" düşüncəsi ilə oğlunun üzərinə yıxmağa cəhd etdiyi test nəticəsində ortaya çıxıb.
Hesabatda qatilin arvadını boğaraq öldürdükdən sonra qadının üzünə və ağzına kimyəvi məhlul tökdüyü qeyd edilib.
Arvadı ilə telefonda 8 dəqiqə mübahisə etdikədən sonraevə gəlib onu öldürdüyü təsdiqini tapan Levent Sorverin 35 il azadlıqdan məhrum edilməsi istənilir. Cinayəti ört-basdır etmək üçün atasına kömək edib, səhv ifadə verərək istintaq qrupunu aldatmağa cəhd edən Mehmet Sorverə isə yaşı 17 olduğu üçün 14 ay həbs cəzası vermək qərarı çıxarılıb./Milli.Az