Xəzər Xəbər

Danimarkanın yeni komandası Slovakiyaya darmadağın oldu VİDEO

Veb TV | 14:13 • 6 Sentyabr 2018
Danimarkanın yeni komandası Slovakiyaya darmadağın oldu

Danimarka və Slovakiya milli komandaları arasındayoxlama oyunu baş tutub.

Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında baş verən anlaşmazlığa görə oyunçular və məşqçilər korpusu millini tərk etmişdilər. UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində yeni kollektiv formalaşdırıb. 23 nəfərlik heyətdə futzal yığmasının 4 üzvü yer alıb. Digərləri futbolçular isə Danimarkanın I və II Divizionunda çıxış edən futbolçulardır.

Danimarka millisi sentyabrın 9-da Millətlər Liqasında Uelslə qarşılaşacaq.

Slovakiya - Danimarka - 3:0
Qollar
: Adam Nemeç, 11, Albert Rusnak, 37, Adam Foq, 79-avtoqol

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024