Xəzər Xəbər

Azərbaycana yeni lokomotivlər gətirilib - Saatda 159 km. sürətlə hərəkət edir - VİDEO

Veb TV | 20:07 • 5 Sentyabr 2018
Azərbaycana yeni lokomotivlər gətirilib -

Azərbaycana yeni lokomotivlər gətirilib. Əvvəlkilərdən daha sürətli, təhlükəsiz və rahat olan lokomotivlər həm yük, həm də sərnişinlərin daşınmasında istifadə ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan dəmir yolları tarixində ilk dəfə olaraq lokomotiv saatda 159 km. sürətlə hərəkət edir. Lokomotivlər Fransanın ''ALSTOM'' firmasının istehsalıdır.

Hələlik ölkəmizə ikisi gətirilən lokomotiv bu gün jurnalistlərədə təqdim edilib.

Ölkəmizə gətiriləcək yeni lokomotivlərin sayı isə ümumilikdə 50 olacaq ki, onlardan 40-ı yük, 10- u isə sərnişin daşıma üçün nəzərdə tutulub.

Tətbiq baxımından bu lokomotiv dünyanın ən çoxfunksiyalı elektrik lokomotividir. Belə ki, bu lokomotivlər az enerji sərfiyyatı, aşağı texniki xidmət xərcləri ilə yeni nəsil lokomotivlərdən xüsusi ilə seçilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar