Xəzər Xəbər

MİDA: 324 mənzilin seçimi başa çatdırılıb - VİDEO

Veb TV | 19:42 • 5 Sentyabr 2018
MİDA: 324 mənzilin seçimi başa çatdırılıb -

Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin seçimi başa çatdırılıb.


Xezerxeber.az-ın məlumatına görə, MİDA-nın sözçüsü Diana Dadaşova deyib ki, satışa çıxarılan 324 mənzilin seçimi "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib


Satışa çıxarılmış 324 mənzilin hamısı seçilib. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib. Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.


Xəbər lenti

Çox oxunanlar