Xəzər Xəbər

Çaydan qanunsuz gil çıxaran şirkət cəzalandırıldı - Məsələyə Baş Prokurorluqda baxılacaq - VİDEO

Veb TV | 19:02 • 5 Sentyabr 2018
Çaydan qanunsuz gil çıxaran şirkət cəzalandırıldı -

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Təbiətə zərər vuran şirkət küllü miqdarda cərimə edilib.

Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları keçirdikləri monitorinqlər zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən "Raqib-FK" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Əyriçay çayının sağ sahilindən 4078 kubmetr həcmində gilin çıxarıldığı məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

''Raqib-FK" şirkətinin satış üzrə anbardarı Fəqan Yusifov isə iddia edir ki, onların sənədləri qaydasında olub. Onun sözlərinə görə, ərazi Nazirlər Kabinətinin 1993-cü ildə verdiyi qərarla şirkətə verilib. Ancaq sözügedən sənədlər çəkiliş etmək üçün bizə təqdim edilmədi.

Fəqan Yusifov bildirdi ki, sənədlər araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirdi ki, reyd zamanı nazirlik əməkdaşlarına heç bir sənəd təqdim edilməyib. Üstəlik, araşdırma zamanı şirkətin fəaliyyət göstərməsi üçün lazım olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aktı, ekoloji ekspertizanın rəyi, ekoloji pasport və karxananın ''dağ işlərinin inkişaf'' planı sənədlərinin də olmadığı müəyyən edilib.

Qeyd edək ki, nazirlik ekologiyaya ziyan vuranlara qarşı bu cür tədbirləri davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar