Xəzər Xəbər

Narkomaların sayı artıb - AÇIQLAMA - VİDEO

Veb TV | 19:17 • 5 Sentyabr 2018
Narkomaların sayı artıb -

Ölkədə narkomaların sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, statistikaya əsasən 2016-ci ildə Respublika Narkoloji Mərkəzində 29 min 448 nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınmışdısa, 2017-ci ildə bu rəqəm 30 min nəfərdən artıq olub. Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədovun sözlərinə görə, narkotik istifadəçiləri sırasında daha çox 18-24 yaş arasında olanlar üstünlük təşkil edir.

Ötən il paytaxt üzrə ən çox narkotik istifadəçiləri Yasamal, Nəsimi, Sabunçu və Suraxanı rayonlarından qeydə alınıb. Yasamal rayonunda 2 min 673, Nəsimidə 1446, Sabunçuda 1432, Suraxanı rayonunda isə 1107 nəfər narkotik istifadəçəsi var. Ümumilikdə isə Bakıda 12 mindən çox narkoman qeydiyyatdan keçib.

Respublikanın şəhər və rayonlarında isə ötən il ən çox narkotik istifadəçiləri Sumqayıtda və cənub rayonlarında qeydə alınıb. Təhlükəli bəlaya düçar olanlar arasında azyaşlılar da var.

Pərvin Məmmədov bildirdi ki, əvvəllər narkotik aludəçiləri Narkoloji Mərkəzə müraciət etməkdən çəkinirdilərsə, son vaxtlar vətəndaşlar arasında aparılan marifləndirmə işləri nəticəsində narkomaniyaya düçar olan şəxslər mərkəzə müraciət edərək qeydiyyata düşürlər. Bu da özünü onların sayında göstərib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar