Xəzər Xəbər

Tələblərə əməl etməyən daş karxanaları bağlanılacaq - XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 20:21 • 4 Sentyabr 2018
Tələblərə əməl etməyən daş karxanaları bağlanılacaq -

Qanunu sənədləri olmadan fəaliyyət göstərən və ekologiyaya zərər vuran daş karxanalarının sahiblərinə 45 gün vaxt verilib.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib. Problemlərin aradan qaldırılması üçün onlara son xəbərdarlıq edilib.

Nazirlik tərəfindən qaydalara əməl etmədən fəaliyyət göstərən daş karxanaları barədə akt tərtib edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib ki, tələblərə əməl etməyənlərin fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Qeyd edək ki, daş karxanalarının fəaliyyəti üçün aidiyyati rayon üzrə icra hakimiyyəti başçısının sərəncamı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aktı, ekoloji ekspertiza rəyi, ekoloji pasport və karxananın ''Dağ işlərinin inkişaf'' planı sənədlərinin olması vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti