Müəllimlərin müddətli müqavilə üzrə işə qəbulu prosesi ilk dəfə olaraq elektron qaydada həyata keçiriləcək.
Xezerxeber.az-ın məlumatına görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil məktəblərinə onlayn sənəd qəbulu sentyabrın 8-i və 9-da aparılacaq.
Bu məqsədlə müəllimlər miq.edu.az saytında şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Təhsil İşçilərinin Peşəkar İnkişafi Institutunun nəzdində Insan Resurslari Mərkəzinin rəhbəri Murad Camalzadə qeyd edib ki, işə qəbul zamanı müəllimlərin əvvəlki imtahanları nə zaman verdikləri də nəzərə alınacaq.
Müxtəlif fənlər üzrə müddətli müqavilə ilə işə qəbul edilən müəllimlər gələcəkdə eyni iş yerlərini daimiləşdirə bilərlər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçmək hüququna malikdirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: