Rusiyanın Nijniy Taqil şəhərində təqaüdçü ağacların üzərində özünə ev tikib. Qonşularından ağacları kəsməyi xahiş edən kişi, istəyi həyata keçmədiyi üçün həmin ağacların üzərində özünə ev tikib.
Yaşlı kişi qonşularından ağacların iynələri və qozaları ona mane olduğu üçün kəsməyi xahiş edib. Ağacların sahibi olan qadın isə bu məsələyə payızda baxa biləcəyini qeyd edib.
Kiçik ev 18 metr hündürlükdə tikilib və təqaüdçü onu sökməkdən imtina edir. Çünki artıq o evinə işıq çəkib. İndi isə meşə ilə evini birləşdirən körpünü tikdikdən sonra ora ölkə lideri Vladimir Putini dəvət etmək istəyir.
Təqaüdçü qeyd edib ki, ev havada olduğu üçün qonşuları ilə heç bir münasibəti yoxdur. Bundan əlavə o qonşularından tikinti materiallarına xərclədiyi 4000 rubl (99 manat) tələb edir. Və iddia edir ki, ərazi indi daha bahalıdır. Belə ki, kişi tikdiyi evə 100 min rubl (2500 manat) qiymət qoyub./Sputnik.