Hindistan Silahlı Qüvvələrinə məxsus MiQ-27 qırıcı təyyarəsi bu gün səhər saatlarında qəzaya düşüb.
Bu barədə Hindistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Sombit Qoş məlumat yayıb. Qeyd olunur ki, qəza Hindistanın Racastan ştatının Codhpur şəhəri yaxınlığındakı Deolia kəndində baş verib.
MiQ-27 qırıcısının planlı uçuş həyata keçirərəkən qəza törətdiyi bildirilib. Xoşbəxtlikdən hərbi təyyarənin pilotu zamanında katapult etməyi bacarıb və xəsarət almayıb.
Sombit Qoşun sözlərinə görə, MiQ-27 qırıcısı qəzaya düşəndə mülki əhali arasında heç bir itki qeydə alınmayıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır./azvision.az