Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının VI Sammiti keçirilib. Prezident İlham Əliyev Sammitdə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan prezidentini, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sammitin açılışında çıxış edən qurumun hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstərici olduğunu vurğulayıb. O, qeyd edib ki, Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.
Tədbirdə Prezident İlham Əliyev çıxış edib.
Dövlət başçısıErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dətoxunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə çıxışında Bakı Tbilisi Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunub.
Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar. Sonra birgə foto çəkdirilib.
Sammit çərçivəsində prezident İlham Əliyev və onun QırğızRespublikasının prezidenti Sooronbay Jeenbekov arasında təkbətək görüş olub.Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Dövlət başçısı vurğulayıb ki, Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının Sammiti türkdilli ölkələrin birliyini, əməkdaşlığı təsdiqləyən, həmçinin ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxşı imkan yaradan əhəmiyyətli tədbirdir. Prezident İlham Əliyev qırğız Respublikası ilə əməkdaşlığın əhəmiyyətli olduğunu, əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətində olduqlarını diqqətə çatdırıb.Prezident İlham Əliyev Nəqliyyat sahəsində əməkdaşlıq üçün də yaxşı perspektivlərin açıldığını vurğulayıb.
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov isə ölkəsinin Azərbaycanla münasibətlərininqarşılıqlı etimad və hörmət əsasında qurulduğunu və gələcəkdə daha da güclənəcəyini bildirib.
Sooronbay Jeenbekov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə prezident İlham ƏLiyevi və Azərbaycan xalqını təbrik edib.
Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri başa çatıb.