Balakəndə həmkədlisinin evindən küllü miqdarda qızıl-zinyət əşyaları oğurlayan iki gənc saxlanılıb. Məlum olub ki, onlar evdən 20 min manatlıq qızıl aparıblar. Həmin qızıllar maddi sübut kimi götürülüb.
Evdən 20 000 manatlıq qızıl əşyalar oğurlanıb.
Hadisə Balakən Rayonunda olub. Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus evdən 29 ədəd müxtəlif qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Araşdırmalar zamanı mənzildən ümumi dəyəri 20 min manat olan qızıl aparıldığı müəyyən edilib. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin kimliyi müəyyən edilib və onlar saxlanılıb.
Qızıl-zinət əşyalarını oğurlayan şəxslər, Balakən rayonunun İtitala kənd sakinləri Natiq Həsənov və Nuri Şabanov əməllərini etiraf ediblər.
Onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.